Milli Məclisin Səhiyyə komitəsinin sədri, 65 saylı Saatlı-Sabirabad- Kürdəmir seçki dairəsi üzrə deputat Əhliman Əmiraslanov 8 aprel 2021-ci ildə Kürdəmir rayonunda Yeni Azərbaycan Partiyasının qərargahında xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla rayon seçicilərilə görüşərək onları dinləmiş və onların sosial problemlərini müzakirə edib.

Unikal.org xəbər verir ki, deputat seçiciləri tərəfindən qaldırılan məsələlərin bəzilərini yerindəcə həll etmiş, digər məsələlərin müsbət həllinə kömək etmək üçün çalışacağına söz verib.

Görüşdə Yeni Azərbaycan Partiyasının rayon təşkilatının sədri Ağəli Kərimli iştirak edib.