220 ölkə və ərazidən 194-ü koronavirus əleyhinə vaksinasiyaya start verib.

Unikal.org TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə keçirilmiş brifinqdə deyib.

“Bu günə qədər 220 ölkədən 194-ü artıq COVID-19-a qarşı vaksinasiyaya başlayıb. 26 ölkə hələ bu işi başlamayıb”, - o deyib.

ÜST rəhbərinin sözlərinə görə, 26 ölkədən 7-si vaksinləri alıb və peyvəndləmə kampaniyasına başlaya bilər: "Daha 5 ölkə peyvəndi yaxın günlərdə almalıdır. Qalan 14 ölkə müxtəlif səbəblərdən immunlaşdırmaya başlamayıb".

ÜST rəhbəri bildirib ki, bu ölkələrdən bəziləri hələ hazır deyil, bəziləri isə önümüzdəki həftələrdə və aylarda vaksinasiyaya başlamağı planlaşdırır.