Türkiyədə koronavirusla bağlı bu günə olan vəziyyət açıqlanıb.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu gün 253 nəfər pandemiyanın qurbanı olub.

Gün ərzində 305 min 103 koronavirus testi aparılıb, bunlardan 55 min 791-i müsbət çıxıb.

Ağır xəstə sayı 2 min 658-dir.

35 min 786 nəfərin koronavirus müalicəsi tamamlanıb və onlar sağalıblar. Bununla sağalanların ümumi sayı 3 milşyon 268 min 678-ə çatıb.