Yaponiyanın Küsü adasından cənubda 5,2 maqnitudalı zəlzələ olub.

Bu barədə Unikal.org TASS-a istinadən xəbər verir.

Yeraltı təkanların episentri Tokara adalarının yaxınlığında, ocağı 20 kilometr dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb, sunami xəbərdarlığı edilməyib.