Mingəçevirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org xəbər verir ki,  “Dəli Kür” restoranının yaxınlığında idarəetməni itirən motosiklet yol kənarındakı dirəyə çırpılıb. Hadisə nəticəsində motosikleti idarə edən, 1975-ci il təvəllüdlü Nehmətov Arif Səməndər oğlu aldığı xəsarətdən ölüb. 

Faktla bağlı araşdırma aparılır.