Pandemiya ərzində dünyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 134,95 milyonu ötüb.

Unikal.org xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. 

Məlumatda bildirilir ki, son 24 saat ərzində koronavirusa 646 mindən çox yeni yoluxma qeydə alınıb. Virusdan ölüm hallarının 10,7 mindən çox olub.

Belə ki, Ümumdünya Səhiyyə Təşkilatına pandemiya ərzində COVID-19-a 134 957 021 yoluxma, 2 918 752 ölüm haqqında məlumatlar daxil olub. Son sutkada virusa yoluxanların sayı 646 863, ölənlərin sayı 10 712 artıb.