Almaniya Kansleri Angela Merkel vaksinasiya ilə bağlı müraciətini ləğv edib.

Unikal.org xəbər verir ki,  bu barədə “Bild” nəşri məlumat yayıb. Bildirilib ki, Merkel aprelin 11-də peyvənd olunmaq üçün müraciət etmişdi. Lakin müraciət bir müddət sonra ləğv edilib.

Ehtimal edilir ki, müraciət Xristian-Demokrat İttifaqı və Xristian Sosial Birliyinin iclası səbəbindən ləğv olunub.

Nəşrin məlumatına görə, Merkel keçmiş Berlin-Tempelxof aeroportunun ərazisində təşkil olunmuş tibb mərkəzində peyvənd olunmalı idi. Ona Britaniya-İsveç firmasının “AstraZeneca” peyvəndinin vurulması planlaşdırılırdı.