Ermənistanda son sutka ərzində daha 510 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Unikal.org xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 203 327 nəfərə yüksəlib.

Ermənistanda koronavirusdan bir gündə 18 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 3753-ə çatıb.

Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 953 nəfərdir. Aktiv xəstələrin sayı 15 785 nəfər təşkil edir.