Türkiyənin Bodrum şəhərində tanınmış aktyor Mustafa Üstündağ   "TOSFED Rallisi" mükafat gecəsində  gərgin anlar yaşayıb. 

Unikal.org xəbər verir ki,  gecəyə qatılan Mustafa və yanındakı 5 nəfər ralli ərəfəsində baş verən qəzaya etiraz bildirib. Bundan sonra avtomobil federasiyasının əməkdaşları ilə sənətçi arasında mübahisə düşüb. Üç nəfər döyülüb, bir şəxs isə dizindən yaralanıb.

Dava ərəfəsində hadisə yerinə polislər və həkimlər gəlib. Sənətçi polis tərəfindən saxlanılıb. Yaralılar xəstəxanaya aparılıb.