İranda ötən sutka ərzində 274 nəfər koronavirusdan (COVID-19) ölüb.

Unikal.org-un məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 64 764 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 23 311 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 2 093 452 nəfərə çatıb. Virus daşıyıcılarından 4 440 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 1 720 084 nəfər koronavirusdan sağalıb, 13,7 milyondan çox diaqnoz testi həyata keçirilib.

Koronavirusa yoluxma üzrə 295 rayon qırmızı və 99 rayon narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır. Bundan başqa 45 rayon sarı, 9 rayon isə mavi zona hesab olunur.