Səudiyyə Ərəbistanın Kralı Salman Ramazan müddətində namaz sayını iki dəfəyədək azaldıb.
 
Unikal.org
xəbər verir ki, ölkədə  Ramazan öncəsi İki Müqəddəs Məscid İşlərinin rəhbəri Şeyx Əbdürəhman Əl-Sudeys tərəfindən təravih namazı ilə əlaqədar açıqlama verilib.

Əl-Sudeys Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləzizin Ramazan ayı müddətində yeni növ koronavirus səbəbilə təravih namazlarının Məscidül-Həram və Məscidül-Nəbəvidə 20 rükət yerinə 10 rükət şəklində qılınmasını barədə qərar verdiyini açıqlayıb.

O, verilən qərardan sonra iki müqəddəs məsciddə qılınacaq təravih namazların ehtiyat tədbirləri və qoruyucu protokollara uyğun şəkildə icra ediləcəyini bildirib.