Britaniyanın baş naziri Boris Conson London yaxınlığındakı Oksfordşirdəki evini icarəyə verəcək.

Unikal.org xəbər verir ki,  baş nazir evin 4250 funt-sterlinqə icarəyə verəcək.

Daşınmaz əmlak agentliyi tərəfindən yerləşdirilən elana görə, dörd otaqlı və kiçik bir mətbəxi olan evdə (evin ümumi sahəsi göstərilmir) kamin, tennis kortu və hovuz var.

Qeyd edilib ki, ev əşyasız olduğundan yeni sakinlər öz mebellərini gətirməli olacaqlar. Conson bu evi 2003-cü ildə 690 000 funt-sterlinqə alıb. İndi dəyəri 1,2 milyon funt olaraq qiymətləndirilir.