Rusiya Türkiyə və Tanzaniya ilə müntəzəm uçuşları dayandırır.

Unikal.org “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın baş nazir müavini Tatyana Qolikova bildirib. O, bu qərarın hər iki ölkədə koronavirusa yoluxma sayının artması səbəindən verildiyini deyib. Məhdudiyyətlər 15 aprel-1 iyun tarixlərini əhatə edəcək. Turoperatorlara Türkiyəyə bilet satışını dayandırmaq tapşırılıb.

Qeyd edək ki, bundan əvvəl Rusiyanın Türkiyə ilə çarter reyslərini dayandırdığı açıqlanmışdı.

20:36

xxx

Rusiya Türkiyə ilə hava əlaqəsini 1,5 aylıq dayandırmağa qərar verib.

Unikal.org xəbər verir ki, bu barədə RBK öz mənbələrinə istinadən məlumatına yayıb.

Rusiyanın hava əlaqəsini dayandırmasına səbəb kimi Türkiyədə koronavirusa yoluxma halının artması göstərilib. Bildirilib ki, ilk növbədə Rusiya ilə Türkiyə arasında çarter reysləri dayandırılır .

Operativ Qərargah Rusiyanın sərnişin aviaşirkətlərinə Türkiyənin bütün aeroportlarına uçuş həyata keçirməyi 1,5 aylıq, aprelin 15-dən iyunun1-nə kimi  dayandırmaqla bağlı xəbərdarlıq edib.

Mənbə aviareyslərin dayandırılmasının müntəzəm reyslərə aid olub-olmaması ilə bağlı açıqlama verməyib.  

Hazırda Türkiyədə olan rusiyalı turistlərin təxliyəsinin olmayacağı, onların planlı şəkildə ölkəyə geri gətiriləcəyi qeyd olunub.