Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi ilə əlaqədar aparılan reydlər zamanı rayonun Gomuşçu kəndindəki fərdi yaşayış evində yas mərasiminin keçirildiyi aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Unikal.org-a verilən məlumata görə, həmin ünvana baxış keçirilən zaman sanitar-gigiyena və karantin qaydalarının pozulduğu müəyyən edilib. Ev sahibi və orada olan şəxslərlə izahedici söhbətlər aparılıb, qaydalara riayət etməyin vacibliyi bildirilib.

Polis əməkdaşları tərəfindən mərasimdə iştirak edən 3 nəfər barəsində qanunamüvafiq tədbir görülüb.