Milli Məclisin bu gün keçirilən plenar iclasında Hesablama Palatası ötənilki fəaliyyəti ilə bağlı hesabat verib.

Unikal.org xəbər verir ki, hesabatı Palatanın sədri Vüqar Gülməmmədov təqdim edib.

Hesablama Palatasının hesabatı müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul edilib.

***

11:53

"Hesablama Palatasının ötənilki nəzarət tədbirləri əsasən aqrar sahəni, dövlət satınalmalarını, maliyyə hesabatlarını, həmçinin dövlət büdcəsinin planlaşdırılmasını və icrasını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondun ilə bağlı hesabatlılığı əhatə edib”.

Unikal.org xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Palatanın sədri Vüqar Gülməmmədov deyib.

“Subsidiyalara müraciət edən istehsalçıların sadəcə 1/4 torpaqlara mülkiyyət hüququna dair çıxarışla təmin edilib, becərilən torpaqların 33,7%-i dövlət dəstəyindən kənarda qalıb. Mühasibat uçotunun aparılmasında ixtisaslaşmış kadrların çatışmazlığı, səriştəli kadrların isə özəl sektora axını müşahidə olunub”, - deyə o, qeyd edib.

*** 11:34

Milli Məclisin bu gün keçirilən plenar iclasında Hesablama Palatası ötənilki fəaliyyəti ilə bağlı hesabat müzakirəyə çıxarılıb.

Unikal.org xəbər verir ki, hesabatı Palatanın sədri Vüqar Gülməmmədov təqdim edir.

Daha sonra isə deputatlar hesabatla bağlı çıxışlar edəcək.