"Hesab edirik ki, hesablama Palatasının yeni alətlərdən istifadə etməklə fəaliyyətinin əhatəliliyini daha da artırması, klassik audit fəaliyyətini maksimum elektronlaşdırması, strateji hədəf olaraq səmərəliliyi müəyən etməsi, adi pozuntulardan daha çox sistem pozuntularının aşkar olunmasını hədəfləməsi və bu sahədə dürüstlük və səffaflıq mədəniyyətinin daha da güclənməsi üçün müvafiq tövsiyyələr hazırlaması daha çox nəticənin əldə edilməsinə imkan yaratmış olardı".

Unikal.org xəbər verir ki,  bu fikirləri İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili  Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.