Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Cəyirli kəndi ərazisində yerləşən “Blue River” kafesində toy mərasiminin keçirildiyi müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Unikal.org-a verilən məlumata görə, həmin obyektə baxış keçirən zaman icarədar İlqan Rəhimovun Göyçay şəhər sakini Eldəniz Yaqubovun oğluna toy məclisi təşkil etməsinə şərait yaratdığı məlum olub.

Polislər tərəfindən icarədar, mərasim təşkilatçıları və iştirakçıları barəsində qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görüblər.