İngiltərənin Vorcesterşire bölgəsindəki Ginnesin Rekordlar Kitabına "dünyanın ən böyük dovşanı" olaraq düşən "Darius" adlı dovşan qaçırılıb. 

Unikal.org xəbər verir ki,  dovşanın naməlum bir şəxs və ya şəxslər tərəfindən qaçırıldığı bildirilir. Belə ki, dovşanı tapanlara 11 min dollar dəyərində pul mükafatı  veriləcək. 

Qeyd edək ki,  uzunluğu təxminən 130 santimetr olan dovşan, 2012-ci ildə "dünyanın ən böyük dovşanı" olaraq Ginnesin Rekordlar Kitabına girib.