ABŞ prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinə zəng edib.

Unikal.org xəbər verir ki, Ağ Ev bu barədə rəsmi məlumat yayıb.

“Bayden Putinə yaxın aylarda üçüncü ölkədə görüşməyi təklif edib”- deyə məlumatda deyilir.

Bundan başqa, Co Bayden Rusuyanın kiberhücumlarına ölkəsainin qəti cavablar verəcəyini də söyləyib. Tərəflər Ukrayna ilə sərhəddə yaşanan gərginliyi də müzakirə ediblər.