Gürcüstanın xarici işlər naziri David Zalkaliani və ABŞ-ın dövlət katibi Entoni Blinken arasında telefon danışığı baş tutub.

Unikal.org xəbər verir ki, bu barədə XİN başçısı tvitter hesabında məlumat verib.

O, söhbət zamanı Gürcüstan və bölgədə təhlükəsizlik, ABŞ-la strateji tərəfdaşlıq və Gürcüstanda demokratik konsolidasiya məsələlərinin müzakirə olunduğunu bildirib.

“ABŞ-ın Gürcüstanın ərazi bütövlüyünü, həmçinin Avroatlantik strukturlara inteqrasiyasına qətiyyətli dəstəyi mühüm əhəmiyyət kəsb edir. Biz, tərəfdaşlığın daha da gücləndirilməsi üçün Bayden administrasiyası ilə sıx əməkdaşlığa ümid edirik”, - D.Zalkaliani yazıb.