Samuxda yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, hadisə rayonun Zazalı kəndində qeydə alınıb.

Hərəkətdə olan "QAZ 31" markalı minik maşını idarəetmədən çıxıb. Nəticədə avtomobil aşıb, daha sonra yol kənarındakı ağaca çırpılıb.

Qəza zamanı sürücü, 1993-cü il təvəllüdlü Arzu Mədətov müxtəlif bədən xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.