Fransanın PSJ klubu UEFA Çempionlar Liqasında tarixi uğura imza atıb.

Unikal.org-un UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, Paris təmsilçisi 1/4 finalda Almaniya "Bavariya"sını mübarizədən kənarlaşdırmaqla buna nail olub.

Münhendə rəqibini 3:2 hesabı ilə üstələyən PSJ cavab qarşılaşmasında 0:1 hesabı ilə uduzsa da, yarımfinala adlayıb.

Turnirin tarixində ilk dəfə son çempion finalda məğlub etdiyi komandaya pley-offda uduzub.

Qeyd edək ki, 2020-ci il Çempionlar Liqasının finalında "Bavariya" PSJ-yə minimal hesabla qalib gəlib - 1:0.