Egey dənizində Türkiyənin Muğla vilayətinin Datça rayonu ərazisində Rixter cədvəli üzrə 5,1 bal gücündə zəlzələ olub.

Unikal.org  xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Ötən gün yerli vaxtla saat 23:28-də qeydə alınan yeraltı təkanlar ətraf bölgələrdə də hiss olunub. Ocağı dənizin 2,51 kilometr dərinliyində olan zəlzələ yerli əhali arasında təşvişə səbəb olub.

Dağıntı və xəsarət alanlarla bağlı hazırda məlumat yoxdur.