Hazırda paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən Unikal.org-a bildirilib. Qeyd olunub ki, sıxlıq səbəbindən müntəzəm və ekspres xətlər üzrə avtobusların hərəkəti çətinləşib, intervallarda gecikmələr yaranır.