Cəlilabad rayonunda bıçaqlanma hadisəsi ölümlə nəticələnib.

Unikal.org-un verdiyi məlumata görə, rayonun Qarazəncir kəndində ata və oğul bıçaqlanıb. Nəticədə bıçaq xəsarəti alan Ceyhun Cabir oğlu Əliyev xəstəxanaya yerləşdirilib, atası Cabir Əliyev isə ölüb.

Hazırda hadisəni törədən şəxsin kimliyi müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.