Son günlər sosial şəbəkələrdə özünü Yeni Azərbaycan Partiyasının (YAP) üzvü kimi təqdim edən Xəlilov Elvar Mirzəələkbər oğlunun Cəmil Həsənliyə görə partiyadan istefa verməsi barədə spekulyativ məlumatlar yayılmaqdadır.

YAP-ın Mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, E. Xəlilov uzun müddət partiya ilə əlaqə saxlamadığı, ərazi ilk partiya təşkilatının işində iştirak etmədiyi üçün YAP Səbail rayon təşkilatı İdarə Heyətinin 22.09.2020-ci il tarixli qərarı ilə partiya sıralarından xaric olunub.