“Təəssüf ki, İsrailin müsəlmanlara qarşı davranışı İslam düşmənçiliyinin göstəricisidir. Biz də bunu bilirik”.

Unikal.org xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Qəzza zolağını bombalamasına münasibət bildirərkən deyib.

İstanbulda cümə namazından sonra jurnalistlərin suallarını cavablandıran dövlət başçısı söyləyib ki, İsrail rəhbərliyi bu davranışından əl çəkmir: “İsrail bu davranışını davam etdirənədək iki tərəfli əlaqələrimizin müsabət istiqamətdə davam edə biləcəyinin düşünmürük”.