2019-cu il 6 aprel... O zaman Qarabağımız düşmən tapdağında idi. Düşmən tapdağında olan Ağdamın bizdə olan hissəsində səfərdəydik. Təhsil aldığım BDU-nun Jurnalistika fakültəsinin müəllim və tələbə kollektivi ilə birlikdə təmas xəttinə qədər getmişdik. O vaxt heç olmasa, Ağdamı oradan  görmək istədim. Gördüm də. İlk dəfə  gördüyüm Ağdam necə məyus, kimsəsiz görünürdü. Təbiət də solmuşdu. Sanki yer-göy sızlayırdı. Hündür təpələrin arxasında əzəli torpaqlarımıza tərəf gedə bilməmək də bizi üzürdü. Bir təpə səni  doğma yurdundan ayırır və sən həmin təpəni aşıb gedə bilmirsən. O hisləri sözlə ifadə etmək çox çətindir.

No description available.

Həmin gün öz-özümə “Nə vaxtsa bu torpaqları görə bilərəmmi? Bu hündür təpəni keçə bilərəmmi?”, - deyə düşündüm. Elə yol boyunca bunları düşünə-düşünə Bakıya qayıtdıq...

Amma 44 günlük müharibədən sonrakı qələbə, Qarabağın işğaldan azad olunması bizi yenidən Ağdama getməyi nəsib etdi. 2021-ci ilin aprelin 15-i bir nisgilin bitdiyi gün oldu mənim üçün. Budur, artıq Qarabağın göz bəbəyi Ağdamdayıq. Bizim qarşımıza düşmən çəpəri kimi çəkilən o təpələri aşıb Ağdama gəldik. Nəsə mənə elə gəldi ki, Ağdam sevinclidir, biz isə qürurlu. 30 illik həsrət bitmişdi. Amma biz viran qalmış, dağıdılmış bir şəhərin xarabalığı ilə üz-üzə idik.

No description available.

Lakin 30 il müddətində  erməni  vandalları tərəfindən dəfələrə dağıdılmış evləri, binaları, abidələri gördükcə insan vahiməyə düşürdü. Bir zamanlar həyatın qaynayıb-daşdığı Ağdam əsrlər əvvəl tərk olunmuş çəhərin xarabalığını xatırladırdı. Sanki Ağdamdan vəhşi bir qəbilə keçib və qarşısına nə çıxıbsa, yandırıb, dağıdıb, kül edib. Sanki, burada tarixi, Ağdamın mövcudluğunu silmək istəyiblər. Amma düşmən nə qədər vandal olsa da, tarixi silməyi bacarmadılar. Bu yerlərin əsl sahibləri geri döndü. Ağdamda ilk qədəm qoyduğumuz yer "Uzundərə" adlanan ərazi oldu.

No description available.

Rayon mərkəzinə doğru irəlilədikcə bir zamanlar uşaq xəstəxanasının xarabalığını gördük. Demək olar ki, binadan əsər-əlamət qalmamışdı. Növbəti gedəcəyimiz yer 1952-ci ildə salınmış "İmarət stadionu"...

No description available.

Hər zaman fotolardan gördüyüm Xan qızı Xurşudbanu Natavana məxsus məqbərələr... Tarixi  abidələrimizi  dağıtmaqla yanaşı, onlardan heyvan damları kimi istifadə etməsi ermənilərin bir daha barbar, vandal bir xalq olmasının bariz nümunəsidir.

No description available.

Dünyanın bütün millətləri üçün toxunulmaz sayılan qəbirləri dağıdanlardan nə gözləməli idik ki... Ağdamın məşhur "Qaraca" qəbirstanlığında törədilmiş vəhşiliyə şahid olduq.

No description available.

 Yolumuz Ağdamın həmçinin də, Azərbaycanın tarixi abidələrindən sayılan Ağdam Cümə Məscidinədir. İki əzəmətli minarəsi uzaqdan görünürdü. O qədər möhtəşəm əzəmətə malik idi ki,  ilk dəfə  məscidə daxil olanda Vətən uğrunda canından keçmiş hərbçilərimizin ruhu ilə bir arada olduğumuzu hiss edirdim. Hər divarında. Daşında şəhid ruhu uyuyurdu sanki... 

No description available.

No description available.

Bir vaxtlar Ağdam sakinlərinin axşamlar dincəldiyi Ağdam Teatrının binasının bir divarı qalıb. O divara baxanda insanın gözündə vahiməli tamaşalar canlanır. İnsan daşdan, divardan da qisasmı alar? Bu vəhşilər görəsən nəyin qisasını alırmış?...  Son duracağımız yer Şahbulaq qalası oldu.

No description available.

No description available.

Yadımdadır, məktəbli ikən tarixdən həvəslə oxuduğum o qalanın tarixini  bilməklə yanaşı, əyani görmək də ayrı bir hissdir. Qarışıq, yarı sevinc, yarı kədər, kövrək hislərlə ayrıldıq Ağdamdan. Bir həqiqət var ki, artıq biz Ağdama gedə bilirik. Ağdam bizimdir, Qarabağ bizimdir. Qarabağ Azərbaycandır!

Gülayə Mecid

Bakı-Ağdam-Bakı