Ötən il insan alveri və məcburi əmək cinayətlərinə görə başlanmış cinayət işləri üzrə 20 şəxs təqsirləndirilən şəxs qismində cəlb edilib.

Unikal.org-un xəbərinə görə, bu, Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2020-ci il üzrə illik məlumatında əksini tapıb.

Təqsirləndirilən şəxslərdən 17 nəfəri qadın, 3 nəfəri kişidir.

Məhkəmələr tərəfindən hökm çıxarılmış 15 nəfərdən 12-si azadlıqdan məhrumetmə cəzasına məhkum edilib, 2 nəfər şərti azadlıqdan məhrum edilib. 1 nəfərin isə cəzası təxirə salınıb.