“Rusiya ABŞ-ın 10 diplomatına ölkəni tərk etməyi təklif edib”.

Unikal.org RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Biz 10 diplomatın adının göndərilənlər siyahısına salınmasına güzgü effekti ilə cavab veririk. ABŞ-ın da 10 diplomatına ölkəni tərk etmələrini təklif edirik”, - deyə Lavrov qeyd edib.

Xatırladaq ki, aprelin 15-də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib. Rəsmi Vaşinqton Rusiyanın 10 diplomatını geri göndərəcəyini açıqlayıb.