Türkiyədə son sutka ərzində 289 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda 63 min 82 yeni yoluxma faktı qeydə alınıb. Bununla virusa yoluxanların sayı 4 milyon 150 min 39, pandemiya qurbanlarının sayı isə 35 min 320 nəfərə çatıb.

Türkiyədə indiyədək 3 milyon 591 min 550 pasiyent (son sutkada 56 510 nəfər) sağalaraq evə buraxılıb.