Dünyada koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 804 mindən çox artıb.

Unikal.org xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında bildirilib.

Məlumata əsasən, ötən sutka ərzində 804 807 nəfər koronavirusa yoluxub, 12 955 nəfər dünyasını dəyişib. Virusa yoluxanların ümumi sayı 138 688 383, ölənlərin isə 2 978 935 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.