Nigeriyanın şimal-şərqində yerləşən Borno əyalətinə Boko Haram terror qruplaşmasının hücumu nəticəsində 18 nəfər ölüb, 21 nəfər yaralanıb.

Unikal.org “TRTHaber”ə istinadən xəbər verir ki, bunu Borno əyalətinin valisi Babaqana Zulum bildirib.

Onun sözlərinə görə, qruplaşma əyalətin Damasak rayonuna hücum edib. Vali bildirib ki, antiterror nəticəsində çoxlu sayda terrorçu zərərsizləşdirilib.

Əməliyyat zamanı 12 terrorçu təhlükəsizlik qüvvələrinə təslim olub.

Nigeriya ordusunun sözçüsü Məhəmməd Yerimanın sözlərinə görə, Borno əyalətinin Mobbar rayonunda Boko Harama qarşı havadan və qurudan əməliyyat keçirilib.