Gürcüstanda son sutka ərzində koronavirusa 818 yeni yoluxma faktı qeydə alınıb, 14 pasiyent vəfat edib.

Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə məqsədilə yaratdığı xüsusi saytda məlumat yer alıb.

Qeyd olunub ki, ölkədə pandemiya başlayandan bəri 295 358 yoluxma halı aşkarlanıb, 280 915 xəstə müalicə olunaraq sağalıb.

İndiyədək koronavirusa yoluxanlardan 3939 nəfəri həyatını itirib.