Bu gün Azərbaycanın Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyevlə vida mərasimi keçirilib.

Unikal.org xəbər verir ki, “Təzə Pir” məscidində təşkil olunan vida mərasimində pandemiya ilə əlaqədar məhdud sayda insan iştirak edib.

Daha sonra E.Quliyevin cənazəsi vəsiyyətinə uyğun olaraq mərhum həyat yoldaşının dəfn edildiyi “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, Xalq artisti Eldar Quliyev aprelin 16-da 80 yaşında vəfat edib.