Portuqaliyanın paytaxtı Lissabonda cüdo üzrə Avropa çempionatında cüdoçumuz bürünc medal uğrunda mübarizə aparacaq.

Unikal.org  xəbər verir ki, kişilər arasında yarışan Zelim Kotsoyev (100 kq) əvvəlcə avstriyalı Ayron Fara, daha sonra macarıstanlı Jombor Veqi məğlub etsə də, dörddəbir finalda Gürcüstan təmsilçisi İlya Sulamanidzenin öhdəsindən gələ bilməyib. Təsəlliverici görüşdə fransalı Siril Maret üzərində qələbə qazanan cüdoçumuz bürünc medal görüşünə vəsiqə qazanıb. Növbəti mərhələdə onun rəqibi rusiyalı Niyaz İlyasov olacaq.

Qeyd edək ki, hələlik komandamızın aktivində 1 medal var. Belə ki, 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Kəramət Hüseynov bürünc medal qazanıb.

Qitə çempionatında 45 ölkədən 300-dən çox idmançı mübarizə aparır. Yarışda Azərbaycanı 9 idmançı təmsil edir.