ABŞ-da ən yaşlı insan kimi tanınan Hester Ford 116 yaşında dünyasını dəyişib. 

Unikal.org xəbər verir ki, Şimali  Karolina şatının sakini olan Fordun 1904-cü ildə anadan olduğu  bildirilir. ABŞ mediası, Fordun 14 uşağı, 48 nəvəsi və nəvələrindən ümumilikdə 108 uşağı olduğunu da qeyd edib.  

ABŞ-ın Gerontoloji Tədqiqat Qrupu, Fordu keçən il ölkədə yaşayan ən yaşlı insan elan etmişdi.