Türkiyənin Muğla vilayətinin Datça rayonuna yaxın bölgədə 4,2 bal gücündə zəlzələ olub.

Unikal.org  xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Yeraltı təkanlar ətraf ərazilərdə də hiss edilib. Zəlzələ yerli sakinlər arasında təşvişə səbəb olub.

Qeyd edək ki, son günlər Türkiyənin Muğla vilayətində bir neçə dəfə zəlzələ baş verib.