Aleksey Navalnı xəstəxanaya aparılıb.

Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki,bu barədə Navalnının saxlanıldığı həbsxana koloniyasına nəzarət edən Vladimir Vilayət Həbsxana Xidməti açıqlama yayıb.

"Həkimlərdən ibarət komissiya A. Navalnının məhkumlar üçün regional xəstəxanaya köçürülməsinə qərar verib. Navalnının sağlıq durumu qənaətbəxş kimi qiymətləndirilir və gündəlik olaraq həkimlər tərəfindən müayinə edilir. Xəstəyə razılığı ilə vitamin müalicəsi təyin edilib", - deyə açıqlamada qeyd olunur.

A. Navalnının təsisçisi olduğu Korrupsiyaya Qarşı Mübarizə Fonduna rəhbərlik edən İvan Jdanov isə bildirib ki, həbsxana rəhbərliyinin Navalnının vəziyyətinin qənaətbəxş olması barədə açıqlaması onu dəstəkləyənləri aprelin 21-ə təyin olunmuş ümummilli etiraz aksiyasında iştirak etməkdən çəkindirmək məqsədi daşıyır.

***10:59

31 martdan bəri aclıq aksiyası keçirən Rus müxalifəti Aleksey Navalnının lazımi tibbi dəstəyi ala bilməməsi səbəbiylə hər an ölə biləcəyi açıqlanıb 

Unikal.org xəbər verir ki, 44 yaşlı Navalnının test nəticələrini araşdıran həkimi onun hər an ölümlə üzləşə biləcəyini xəbərdar edib. 

Qeyd edək ki, Navalnı Moskvanın şimal-şərqindəki Vladimir bölgəsindəki çox sərt nəzarəti ilə tanınan bir həbsxanada saxlanılır.