Ermənistanda son sutkada koronavirusa 298 yoluxma qeydə alınıb.

Unikal.org  xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 208 818-ə çatıb.

Məlumata görə, ölkədə son sutkada daha 17 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 3 895 nəfərə yüksəlib.

Koronavirusdan sağalanların sayı isə 189 017-əa çatıb. Hazırda 14 924 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir.