UEFA İcraiyyə Komitəsinin İsveçrədəki iclası davam edir.

Unikal.org-un məlumatına görə, qitə futbol qurumu 2024/25 mövsümündən etibarən Çempionlar Liqasının yeni formatını təsdiqləyib.

İcraiyyə Komitəsinin üzvləri tam tərkibdə həmin mövsümdən Çempionlar Liqasının qrup mərhələsində 36 komandanın iştirakına razılıq verib.

Qeyd edək ki, hazırda ÇL-in qrup mərhələsində 32 klub iştirak edir.