Donbasda separatçıların atəşi nəticəsində Ukrayna ordusunun 128-ci əlahiddə Zakarpatya dağ-hücum briqadasının baş əsgəri Davdi Şartava ölüb.

Unial.org xəbər verir ki, bu məlumatı Ukrayna Silahlı Qüvvələrinin Mətbuat Xidməti yayıb.

David Şartava ilə bərabər daha bir hərbçi qəlpə yarası alıb.

Şartavanın əslən Tiflisdən olduğu bildirilib. O, Donbas savaşının ilk illərində yaradılan Gürcü Legionunun tərkibində xidmət edib.