Əfsanəvi müğənni Maykl Ceksonun ABŞ-ın Kaliforniya ştatındakı "Neverland" adlı malikanəsindəki heykəllər hərraca çıxarılıb.

Unikal.org xəbər verir ki, bu barədə "TMZ" nəşri məlumat yayıb.

Tuncdan hazırlanan 28 ədəd heykəli kolleksionerlərdən biri 2 milyon 500 min dollara (təxminən 4 milyon 250 min manat) satışa çıxarıb.

Qeyd edək ki, 1100 hektar torpaq sahəsi olan malikanənin içində zoopark, lunapark, basketbol meydançası, tennis kortu, hovuz, kinoteatr zalı və 20-yə yaxın bina var. Villanı ötən il sənətçinin milyarder dostu Ron Byorkl 22 milyon dollara alıb.