Koronavirusa yoluxan türkiyəli aktrisa Qonca Vuslateri paylaşımı ilə diqqət çəkib.

Unikal.org xəbər verir ki, aktrisa Tvitter hesabında vəziyyətinin yaxşı olmadığını deyib:

"Ciddi mənada insan ağrıdan ağlamaq istəyir. Heç kimə qulaq asmamışam deyə bilmərəm. Maskalar, əlcəklərlə gəzdik. İnsanın ciyərində yallı oynayırlar. Sizi çoxluq olan yerə aparan şəxs "onsuzda diqqətliyik" deyirsə, xəstəlik keçər, amma o düşüncə qalıcıdır. Xahiş edirəm özünüzü qoruyun".