Rusiyada son sutka ərzində koronavirusa 8 164 yeni yoluxma halı qeydə alınıb.

Unikal.org  “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 4 718 854 nəfərə çatıb. Rusiyada son bir gündə 379 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 106 307 nəfərdir.

İndiyədək 4 343 229 xəstə sağalıb. Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada beşinci yerdədir.