Azərbaycanın daha bir stadion bərbad hala düşüb. 

Unikal.org-un əldə etdiyi məlumata görə, Şəki şəhər Stadionunun ot örtüyü ilə yanaşı, tribunadakı oturacaqlar da yararsız vəziyyətdədir. 

Məlumata görə, Mərkəzi Stadion Şəki şəhər İcra Hakimiyyətinin balansındadır. 

Sakinlərin bildirdiyinə görə,  bu stadion Şəkinin yeganə meydançasıdır. Bununla bağlı icra hakimiyyətinə dəfələrlə  müraciət edilsə də, problemə biganə yanaşılır. 

Qeyd edək ki, Şəki icra hakimiyyətinin başçısı Elxan Usubovdur.

Aygün İlqarqızı