İsmayıllıda polis əməkdaşları tərəfindən karantin qaydalarının pozulmasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər zamanı rayonun Mican kəndi ərazisindəki evlərin birində məclis təşkil olunduğu müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Unikal.org-a verilən məlumata görə, polis əməkdaşları həmin ünvana gəlib, ev sahibi Kərəm Yusubovla profilaktik söhbətlər aparılıb və barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.