Nəsimi rayonu Seyid Cəfər Pişəvari küçəsi 27A ünvanında ağacların kəsilərək tikinti işlərinin aparılması barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Unikal.org-un  xəbərinə görə, xidmətin rəsmisi Vaqif Cavadov bildirib ki, əraziyə keçirilən baxış zamanı fakt təsdiqini tapıb, sözügedən ünvanda tikinti məqsədilə qazıntı işlərinin aparıldığı, 2 ağacın kəsildiyi, 1 ağacın zədələndiyi və təbiətə 2 280 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

O qeyd edib ki, araşdırma zamanı ərazinin yaşayış binasının tikintisi məqsədlə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən “Memar İnşaat-2017” MMC-yə verildiyi məlum olub: "Faktla bağlı akt tərtib olunub, yaşıllığa dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər aidiyyəti üzrə Prokurorluq orqanına göndəriləcək".