Voleybolçu qadınlar arasında azərbaycanlı olimpiya çempionu Vera Lantratova vəfat edib.

Unikal.org xəbər verir ki, bu barədə Ümumrusiya Voleybol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Lantratova 74 yaşında ölüb. Mərhum idmançının ölüm səbəbi məlum deyil.

Bakıda anadan olmuş Vera Lantratova klub səviyyəsində yalnız “Neftçi” komandasında çıxış edib. Lantratova “ağ-qaralar”ın heyətində 1966 və 1970-ci il SSRİ çempionatlarının bürünc mükafatçısı olub.

Lantratova 1968-ci ildə SSRİ yığmasının heyətində Yay Olimpiya Oyunlarının qalibi olub. Mərhum idmançı SSRİ yığması ilə 1967-ci ildə Avropa, 1970-ci ildə isə dünya çempionu olub.

Azərbaycan voleybolunun şanlı tarixi Sovet dönəmindən başlayır