Ermənistanın cənubunda yerləşən hərbi hissələrdən birində xidmət edən əsgər intihar edib.

Unikal.org xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyindən bildirilib ki, əsgər Narek Xaçatryan bu gün asılmış vəziyyətdə aşkarlanıb.

Onun bu il hərbi xidmətə çağırıldığı bildirilir.

Araşdırma aparılır.